Əsas məzmuna keç
birsistem

Tez-tez verilən suallar

Ümumi suallar, qiymətlə bağlı suallar və hər modul üzrə ayrıca suallar bir səhifədə. Cavabını tapmadığınız sual varsa yazın.

Ana səhifə

Tez-tez verilən suallar

1C-dən və ya Excel-dən keçid nə qədər çəkir?

Orta ölçülü şirkətdə qurulma və məlumat köçürülməsi adətən 2–4 həftə çəkir. Müddət anbar sayından, məhsul kataloqunun həcmindən və keçmiş dövrlərin nə qədərinin köçürülməsindən asılıdır.

Məlumatlarımız harada saxlanılır?

Standart variant bulud hostinqidir. Tələb olunarsa, sistem sizin öz serverinizdə də qurula bilər — bu halda texniki tələblər əvvəlcədən razılaşdırılır.

Bütün modulları birdən almaq mütləqdirmi?

Xeyr. Adətən ən ağrılı sahədən başlanır — çox vaxt anbar və satışdan — qalan modullar sonradan eyni bazaya əlavə olunur.

Sistem bizim prosesimizə uyğunlaşdırıla bilirmi?

Sənəd formaları, təsdiq marşrutları, hesablar planı və hesabat kəsimləri qurulma mərhələsində tənzimlənir. Daha dərin dəyişikliklər ayrıca iş kimi qiymətləndirilir.

İnternet kəsiləndə iş dayanırmı?

Kassa və satış nöqtələri oflayn rejimdə işləməyə davam edir, əlaqə bərpa olunanda məlumat mərkəzə göndərilir. Ofis işi üçün internet tələb olunur.

Dəstək necə işləyir?

Dəstək Azərbaycan dilindədir, telefon və yazışma ilə. Hər müraciətin nömrəsi və cavab müddəti var, təcili hallar üçün ayrıca kanal verilir.

Qiymətlər

Qiymətlər

Niyə qiymət saytda yazılmır?

Qiymət istifadəçi sayından, seçilən modullardan və köçürüləcək məlumatın həcmindən asılıdır. Eyni paket iki şirkət üçün fərqli qiymətə düşə bilər, ona görə hazır rəqəm yazmaq yanıldıcı olardı.

Təklif nə qədər vaxta hazırlanır?

Qısa söhbətdən sonra bir-iki iş günü ərzində yazılı təklif göndəririk. Təklifdə aylıq abunə, birdəfəlik qurulma xərci və müddət ayrıca göstərilir.

Sonradan paket dəyişdirilə bilərmi?

Bəli. Modul və istifadəçi əlavə etmək istənilən vaxt mümkündür, məlumat yerində qalır və yenidən köçürmə tələb olunmur.

Müqavilə müddəti nə qədərdir?

Standart müqavilə bir illikdir. Daha qısa müddət də mümkündür, bu halda aylıq abunə bir qədər yüksək olur.

Hazır həllər

CRM

Mövcud müştəri bazamızı köçürə bilərikmi?

Bəli. Excel və ya 1C-dən müştəri, əlaqə şəxsi və keçmiş sifariş tarixçəsi qurulma mərhələsində köçürülür. Köçürmədən sonra nəzarət siyahısı ilə yoxlanılır.

Menecer öz müştərilərini başqasından gizlədə bilərmi?

Giriş hüquqları rola görə qurulur. Menecer yalnız öz portfelini görür, rəhbər isə hamısını. Menecer şirkətdən ayrılanda portfel bir addımla digərinə keçirilir.

Sayt və sosial şəbəkə sorğuları avtomatik düşürmü?

Sayt formaları, WhatsApp Business və çağrı mərkəzi inteqrasiya olunur. Sorğu sistemə düşəndə növbə qaydasına görə menecerə təyin edilir.

Hazır həllər

Anbar

Neçə anbar və mağaza bağlaya bilərik?

Anbar sayına məhdudiyyət yoxdur. Hər anbarın öz məsul şəxsi, öz giriş hüququ və öz sənəd axını olur.

Barkod oxuyucu və etiket printeri işləyirmi?

Standart USB və Bluetooth barkod oxuyucuları, etiket printerləri dəstəklənir. Etiket şablonu sizin tələbinizə uyğun qurulur.

Sayım zamanı iş dayandırılmalıdırmı?

Xeyr. Sayım ayrıca sənəd kimi aparılır, sayım anındakı qalıq sabitlənir və satış davam edir.

Hazır həllər

Mühasibat

Uçot siyasətimiz fərqlidir — uyğunlaşdırmaq olurmu?

Hesablar planı, subhesab quruluşu və yazılış şablonları qurulma mərhələsində sizin uçot siyasətinizə görə tənzimlənir.

İki şirkəti bir bazada apara bilərikmi?

Bəli. Hər hüquqi şəxs ayrıca uçot vahididir, ümumi hesabat isə qrup səviyyəsində yığılır.

Keçmiş illərin qalıqları necə köçürülür?

Açılış qalıqları kontragent, mal və hesab üzrə köçürülür, sonra üzləşmə aktı ilə yoxlanılır. Bu, qurulma paketinə daxildir.

Hazır həllər

Maliyyə

Bank inteqrasiyası varmı?

Bank çıxarışı fayl formatında yüklənir və sənədlərlə uzlaşdırılır. Bank tərəfi API təqdim edirsə, birbaşa inteqrasiya da qurula bilər.

Neçə valyuta ilə işləmək olar?

Valyuta sayına məhdudiyyət yoxdur. Uçot valyutası ilə yanaşı hesabatı ikinci valyutada da almaq mümkündür.

Ödəniş təsdiqi marşrutunu özümüz qura bilərikmi?

Bəli. Məbləğ həddinə, şöbəyə və xərc maddəsinə görə fərqli təsdiq marşrutları qurulur.

Hazır həllər

HR

Vergi və sosial ayırma dərəcələri yenilənirmi?

Dərəcələr qanunvericilik dəyişəndə sistemdə mərkəzi qaydada yenilənir. Köhnə dövrlərin hesablaması olduğu kimi qalır.

Növbəli iş rejimi dəstəklənirmi?

Bəli. Sutkalıq, növbəli və sürüşkən qrafiklər qurulur, gecə saatları və bayram günləri ayrıca tarifləşir.

İşçi öz məzuniyyət qalığını görə bilərmi?

İşçi kabineti vasitəsilə qalıq günləri, hesablama vərəqəsi və ərizələrinin statusu görünür.

Hazır həllər

Hesabatlar

Öz hesabatımızı əlavə etmək olurmu?

Hazır hesabatların filtrləri və kəsimləri dəyişdirilir, xüsusi tələb üçün isə ayrıca hesabat qurulur və menyuya əlavə olunur.

Hesabatı Excel-ə çıxarmaq mümkündürmü?

Hər hesabat Excel və PDF formatında yüklənir. Çıxarışda filtr şərtləri və tarix də göstərilir.

Rəhbər yalnız hesabatları görə bilərmi?

Bəli. Yalnız baxış hüququ olan rol yaradılır — sənəd dəyişmək imkanı olmadan bütün hesabatlara giriş verilir.

Sualınızın cavabını tapmadınız?

Yazın və ya 077 315 15 80 nömrəsinə zəng edin — bir iş günü ərzində cavab veririk.